İspaniya İtaliyanın 37 oyunluq məğlubiyyətsizlik seriyasına son qoydu

Bu gün UEFA Millətlər Liqasında final mərhələsinə start verilib.

Sportline.az xəbər verir ki, A liqasında qrup qaliblərinin iştirak etdiyi “Dördlər finalı”nda İtaliya, İspaniya, Belçika və Fransa yığmaları mübarizə aparır.

Yarımfinalın ilk oyununda İtaliya İspaniya ilə qarşılaşıb və 37 oyundan sonra məğlub olub - 1:2 

Qeyd edək ki, digər yarımfinal qarşılaşmasında  oktyabrın 7-də Belçika və Fransa yığmaları üz-üzə gələcək.

Xatırladaq ki, ikinci dəfə təşkil olunan "Dördlər final"ının ilk qalibi Portuqaliya millisi olub.

6 oktyabr

22:45. İtaliya - İspaniya 1:2
Qollar: Ferran Torres, 17 (0:1), 45+2 (0:2), Lorenso Pelleqrini, 83 (1:2)
Qırmızı vərəqə: Leonardo Bonuççi, 42 (İtaliya)
Milan, "San-Siro" stadionu

7 oktyabr

22:45. Belçika - Fransa