Millətlər Liqası: Pley-offda yarışacaq komandalar müəyyənləşdi

UEFA Millətlər Liqasında Avro-2020-yə son 4 vəsiqə üçün pley-offda mübarizə aparacaq bütün komandalar məlumdur.

Sportline.az xəbər verir ki, bunlar İslandiya, Bosniya və Herseqovina, Slovakiya, İrlandiya, Şimali İrlandiya, Şotlandiya, Norveç, Serbiya, Bolqarıstan, İsrail, Macarıstan, Rumıniya, Gürcüstan, Şimali Makedoniya, Kosova və Belarus komandalarıdır.

Bu komandalar A, B, C və D yolunda yarımfinal və final oyunlarında iştirak edəcəklər. Hər qrupda dörd komanda olacaq və onlardan ən güclüsü qitə çempionatına vəsiqə qazanacaq.

A yolu

İslandiya - Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya

B yolu

Bosniya və Herseqovina - Şimali İrlandiya

Slovakiya - İrlandiya

C yolu

Şotlandiya - Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya

Norveç - Serbiya

D yolu

Gürcüstan - Belarus

Şimali Makedonya – Kosovo

Qeyd edək ki, yarımfinallar gələn il martın 26-da, final matçları isə 31-də keçiriləcək.