Millətlər Liqası: Belçika - Fransa matçında fantastik geridönüş
Bu gün futbol üzrə UEFA Millətlər Liqasının final mərhələsində ikinci yarımfinal görüşü keçirilib.
Sportline.az xəbər verir ki, İspaniya millisinin finaldakı rəqibi Belçika - Fransa matçında müəyyənləşib. Fantastik geridönüş edən Fransa millisi finala yüksəlib. Turindəki "Yuventus" stadionunda keçirilən görüşə Bakı vaxtı ilə saat 22:45-də start verilib.
Yarımfinalın ilk görüşündə İspaniya millisi İtaliyanı 2:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, 3-cü yer uğrunda və final oyunları oktyabrın 10-da olacaq. İkinci dəfə təşkil olunan "Dördlər finalı"nda ilk qalib Portuqaliya millisi olub.
UEFA Millətlər Liqası, final mərhələsi
Yarıminal
7 oktyabr
22:45. Belçika - Fransa 2:3
Qollar: Yannik Karasko, 37 (1:0), Romelu Lukaku, 41 (2:0), Kərim Benzema, 62 (2:1), Kilian Mbappe, 69-penalti (2:2), Teo Ernandes, 90 (2:3)
Hakimlər: Daniel Zibert, Yan Zaydel, Eduard Baytunger, Harm Osmers (hamısı Almaniya).
Turin. "Yuventus" stadionu.