Millətlər Liqasının qrup mərhələsində sonuncu tur başlayır

Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin sonuncu turuna start veriləcək.

Sportline.az xəbər verir ki, VI turun ilk oyun günündə 10 qarşılaşma təşkil ediləcək. C Liqasındakı Azərbaycan yığması Lüksemburqla qarşılaşacaq. 1-ci qrupda Monteneqro - Kipr görüşü də baş tutacaq.

A Liqasında final mərhələsinə vəsiqəni təmin edən Fransa İsveçi qəbul edəcək. 3-cü qrupun digər matçında Portuqaliya Xorvatiyanın qonağı olacaq.

UEFA Millətlər Liqası

VI tur
17 noyabr

A Liqası

3-cü qrup
23:45. Xorvatiya - Portuqaliya
23:45. Fransa – İsveç

Xal durumu: Fransa - 13, Portuqaliya - 10, Xorvatiya - 3, İsveç - 3.

4-cü qrup
23:45. İspaniya - Almaniya
23:45. İsveçrə - Ukrayna

Xal durumu: Almaniya - 9, İspaniya - 8, Ukrayna - 6, İsveçrə - 3

C Liqası

1-ci qrup
23:45. Monteneqro - Kipr
23:45. Lüksemburq - Azərbaycan

Xal durumu: Monteneqro - 10, Lüksemburq - 9, Azərbaycan - 5, Kipr - 4.

D Liqası

1-ci qrup
23:45. Andorra - Latviya
23:45. Malta - Farer adaları

Xal durumu: Farer adaları - 11, Malta - 8, Latviya - 4, Andorra - 2.

2-ci qrup
23:45. Cəbəllütariq - Lixtenşteyn

Xal durumu: Cəbəllütariq - 7, Lixtenşteyn - 4, San Marino - 2.