Milli Bolqarıstan seçməsi ilə üz-üzə
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün növbəti oyununa çıxacaq.
Sportline.az xəbər verir ki, milli Latviyada Bolqarıstan ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Qeyd edək ki, U-19 ilk oyununda Monteneqroya uduzmuşdu - 0:4. Təmsilçimiz aprelin 9-da Latviya ilə görüşəcək.