Milli Bosniya və Herseqovinaya qarşı
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyuna çıxacaq. Sportline.az xəbər verir ki, komandamız Sarayevo şəhərindəki “Qrbavisa” stadionunda Bakı vaxtı ilə saat 17:00-da Bosniya və Herseqovina millisi ilə görüşəcək.
Oyunu İngiltərədən olan hakimlər briqadası idarə edəcək.
DÇ-2023-ün seçmə mərhələsi
E qrupu
7 aprel
17:00. Bosniya və Herseqovina – Azərbaycan
Hakimlər: Körsti Dovl, Melissa Börgin, Sofie Denninqton, Lisa Ben (İngiltərə).
Sarayevo. “Qrbaviça” stadionu.
Xal durumu: Danimarka – 18, Rusiya – 15, Monteneqro – 9, Bosniya və Herseqovina – 4, Malta – 4, Azərbaycan – 3.