Milli komanda gerilədi - REYTİNQ
FİFA milli komandaların 2018-ci il üçün ilk reytinq cədvəlini açıqlayıb.
Sportline.az qurumun saytına istinadən xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan milli komandası 1 pillə geriləyib. Seçməmiz 281 xalla 118-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, siyahıya 1602 xalla Almaniya başçılıq edir. Braziliya ikinci (1483), Portuqaliya üçüncüdür (1358).