Milli komanda ilk "beşlik"də

Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsində ən çox top qazanan komandaların siyahısında yer alıb.

Sportline.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu milli 6 görüşdə 248 dəfə bunu bacarıb.

Komanda bu göstəriciyə görə 4-cü pillədə qərarlaşıb. Fransa (260) 1-ci, Avstriya (257) 2-ci, Danimarka (251) isə 3-cüdür. İlk "5-liy"i Moldova (245) qapayır.

Qeyd edək ki, milli ötən gün qrup mərhələsinin sonuncu turunda Bakıda Qazaxıstan seşməsini 3 cavabsız qolla məğlub edib.