Milli komanda İtaliyaya yollandı
Milli futbol komandamız DÇ-2022-nin seçmə mərhələsinin Portuqaliya ilə oyunu üçün İtaliyaya yollanıb.
Sportline.az xəbər verir ki, komanda çarter reysi ilə matçın keçiriləcəyi Turin şəhərinə yola düşüb.
Koronavirus testindən keçən milli üzvlərinin heç birində infeksiya aşkarlanmayıb.
Qeyd edək ki, Azərbaycan seçməsi martın 24-də İtaliyadakı "Yuventus" stadionunda Portuqaliya, martın 30-da Bakı Olimpiya Stadionunda Serbiya ilə DÇ-2022-nin seçmə mərhələsinin oyununda, martın 27-də isə Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda Qətərlə yoldaşlıq görüşündə üz-üzə gələcək.