Milli komanda Moldova seçməsinə qalib gəldi

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Türkiyədə Moldova seçməsi ilə qarşılaşıb.

Sportline.az xəbər verir ki, görüş Azərbaycan komandasının 8:5 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan və Moldova komandaları daha iki oyunda üz-üzə gələcəklər.

Bu oyunlar aprelin 7-i və 8-də keçiriləcək.