Milli komandadan növbəti məğlubiyyət
Tiflisdə təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoldaşlıq oyunu keçirib. SportLine.az AFFA-nın saytına istinadən məlumatına görə, Gürcüstanın U-16 komandası ilə qarşılaşan yığmamız 1:2 hesabı ilə məğlub olub.
Millinin qolunu Samir Məhərrəmli vurub.
Bu komandalar arasında sentyabrın 25-də keçirilmiş yoldaşlıq oyunu da gürcüstanlı futbolçuların 5:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.