Milli komandamız DÇ-nin 1/4 finalında
Qadın sablyaçılardan ibarət milli komanda Misirin paytaxtı Qahirədə keçirilən dünya çempionatında 1/4 finala yüksəlib.
Sportline.az xəbər verir ki, Anna Başta, Səbinə Kərimova, Valeriya Bolşakova və Sevil Bünyatovadan ibarət kollektiv ilk görüşündə Hindistan seçməsinə 45:42, Çin seçməsini isə 45:35 hesabı ilə qalib gəlib.
Komanda sabah yarımfinala vəsiqə uğrunda Fransa ilə üz-üzə gələcək.