Milli komandamızın Avropadakı mövqeyi

UEFA Millətlər Liqasının oyunlarından sonra yarışın ümumi sıralaması açıqlanıb.

Sportline.az xəbər verir ki, qitənin 4 liqada mübarizə aparan 55 komandasının ardıcıllığı iki turun nəticələrinə əsasən müəyyənləşib.

C liqasının 1-ci qrupunda yarışan millimiz 1 qələbə, 1 məğlubiyyətlə yadda qalıb. Komandamız 2 qol vurub və qapısında da eyni sayda top buraxıb. Bu nəticə ilə qrup 3-cüsü olan Azərbaycan seçməsi ümumi sıralamada 42-cı pillədə qərarlaşıb.

Cədvələ Belçika millisi başçılıq edir. Portuqaliya ikinci, İspaniya üçüncüdür.

Qeyd edək ki, milli komandamız Millətlər Liqasının ilk mövsümünü 46-cı sırada başa vurmuşdu.