Milli komandamızın rəqibində itki
Millətlər Liqasında millimizin rəqibi olan Lüksemburq millisi itki ilə üzləşib.
Sportline.az xəbər verir ki, bunu komandanın baş məşqçisi açıqlayıb.
O bildirib ki, “Nyu Yorsk Siti”də çıxış edən Maksim Şano qarşıdakı görüşlərdə oynaya bilməyəcək. Buna səbəb ABŞ-da koronavirusla bağlı vəziyyətin olmasıdır.
Qeyd edək ki, Şano millidə 39 oyuna 3 qol vurub. Azərbaycan – Lüksemburq görüşü sentyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək.