Milli komandanın reytinqi açıqlandı

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Sportline.az xəbər verir ki, ötən siyahı ilə müqayisədə Azərbaycan millisi 5 pillə irəliləyib.

Komandamız hazırda 1180 xalla 109-cu sıradadır.

Qeyd edək ki, komandamız yoldaşlıq görüşündə Sloveniya, UEFA Millətlər Liqasının son oyunlarında isə, Monteneqro və Lüksemburqla qolsuz heç-heçə oynayıb.