Millimiz Monteneqroya uduzdu
Milli futbol komandamız bu gün UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.
Sportline.az xəbər verir ki, komandamız səfərdə Monteneqro ilə üz-üzə gəlib.
Xatırladaq ki, C liqasının 1-ci qrupunda mübarizə aparan milli, ilk turda Lüksemburqa 1:2 hesabı ilə uduzsa da, səfərdə Kiprə qalib gəlib – 1:0. Monteneqro isə səfərdə Kirpi 2:0, Lüksemburqu 1:0 hesabı ilə məğlub edib.
UEFA Millətlər Liqası
C Liqası, 1-ci qrup
10 oktyabr
17:00. Monteneqro – Azərbaycan 2:0
Qol: Yovetiç, 9, İvanoviç, 71
Podqoritsa. Şəhər stadionu.
Baş hakim: Rikardo Benqoeçea (İspaniya).