Milli Parkda “Peking to Paris Motor Challenge” avtomobil yarışı start götürüb

Dünyanın ən məşhur retro avtomobil yarışlarından biri olan “Peking to Paris Motor Challenge” ikinci dəfə Azərbaycandan keçir.

Sportline.az xəbər verir ki, bu gün Dənizkənarı Milli Parkda, “Yeddi Gözəl” fəvvarəsinin önündə nadir klassik avtomobillərin sərgisi təşkil olunur.

Baku Şəhər Halqası Əməliyyat Şirkətinin əməkdaşı Əlövsət Heydərov deyib ki, yarış 1907-ci ildən keçirilir: "Bu, doqquzuncu yarışdır. Bu dəfəki yarış Pekində başlayıb. Parisdə başa çatacaq".