Milli qəhərəmanın xatirə turnirinə start verildi
"Qara dəniz və Xəzəryanı” ölkələr arasında Azərbaycanın Milli Qəhrəmanı, Albert Aqarunovun xatirəsinə həsr olunmuş beynəlxalq karate turnirinə start verilib.
SportLine.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli Karate Federasiyasının birgə təşkil etdiyi yarışda onadək ölkədən idmançılar iştirak edirlər.
"Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən xatirə turnirində beş yaşdan böyüklərədək dərəcələrdə karateçilər mübarizə aparırlar.
Turnirdə fərqlənən idmançılara fərdi yarışlarda medal və diplom, komanda çıxışlarında isə kubok təqdim olunacaq. Yarışın açılış mərasimi bu gün baş tutacaq.