Milli qələbə ilə başladı
16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Türkiyədə təşkil olunmuş beynəlxalq turnirdə ilk oyununu keçirib.
Sportline.az xəbər verir ki, Albaniya komandası ilə qarşılaşan yığmamız Bəhruz Tanriverdiyevin vurduğu qol sayəsində 1:0 hesabı ilə qələbə qazanıb.
Futbolçularımız turnirdə növbəti oyununu noyabrın 21-də Kosovo komandasına qarşı keçirəcək.