Milli Türkiyə ilə eyni qrupda
Bu gün 19 yaşadək qızların Avropa çempionatının püşkü atılıb. Sportline.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində atılan püşk təsnifata qatılacaq 48 komandanı 12 qrupa bölüb.
Azərbaycan millisi II qrupunda yer alıb. Yığmamız İsveçrə, Türkiyə və Kipr komandaları ilə mübarizə aparacaq. Oyunların harada keçiriləcəyinə hələlik aydınlıq gəlməyib.
Bu mərhələnin matçları 2018-ci il avqustun 27-dən sentyabrın 4-dək və ya oktyabrın 1-9-da keçiriləcək. Hər qrupda ilk iki yeri tutan yığmalar və üçüncülər arasında daha yaxşı nəticəyə malik 2 komanda elit-raunda yüksələcək. Fransa və İspaniya yarışa birbaşa həmin mərhələdən başlayacaq.
Qeyd edək ki, AVRO-2019-un final mərhələsi Şotlandiyada keçiriləcək.