Milli üzvlərindən Qara Qarayevə dəstək

"Qarabağ"ın futbolçusu Qara Qarayevin Millətlər Liqasının qrup mərhələsində Slovakiya və Qazaxıstanla görüşəcək millinin heyətinə dəvət almaması birmənalı qarşılanmayıb. 

Sportline.az xəbər verir ki, millinin üzvləri də baş məşqçinin qərarı ilə razılaşmayaraq, Qara Qarayevə açıq dəstək veriblər. 

"Dinamo Zaqreb"in hücumçusu Mahir Emreli və "Səbail"in qapıçısı Emil Balayev bu barədə sosial şəbəkə hesabında paylaşım edib. 



Bundan başqa, "Neftçi"nin kapitanı Emin Mahmudov mətbuata açıqlamasında baş məşqçinin seçimi ilə razılaşmayaraq, Qaranın dayaq yarımmüdafiəçisi kimi Azərbaycanda "1 nömrə" olduğunu vurğulayıb.

Banner