Millidə ötən ilin ən yaxşısı kimdir?
“Marca” nəşri İspaniya millisində 2019-cu ilin ən yaxşı futbolçusunu açıqlayıb.
Sportline..az xəbər verir ki, ötən ilin ən yaxşısı hazırda “Əl-Sədd”də (Qətər) çıxış edən Santi Kasorla olub.
Yığmanın heyətində 2 dəfə (2008-ci il, 2012-ci il) Avropa çempionu adını qazanan Kasorla 2019-cu ilin may ayında İspaniya millisinə qayıdıb. Bunadək 36 yaşlı yarımmüdafiəçinin komanda ilə keçirdiyi son matç 2015-ci ildə İngiltərə üzərində 2:0 hesablı qələbə qazandıqları oyun olub.
Həmçinin Kasorla gələn il keçiriləcək Avro-2020-nin seçmə mərhələsi çərçivəsində 4 qarşılaşmaya çıxıb.
Qeyd edək ki, Santi Kasorla “Əl-Sədd”ə bu il “Vilyarreal”dan keçib. O, karyerası ərzində “Arsenal”, “Malaqa”, “Rekreativo” kimi komandalarda da oynayıb. Futbolçu “Arsenal”la 3 dəfə İngiltərə kubokunu və Superkubokunu qazanıb.