Millidə yeni məşqçi
Kişi taekvondoçulardan ibarət seçmə komandamıza yeni məşqçi təyin olunub. Sportline.az Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi Reza Mehmadostun yeni köməkçisi Rəşad Əhmədov olacaq. O, böyük məşqçi postunda Elnur Amanovu əvəzləyib. Xatırladaq ki, Amanova bir neçə gün əvvəl qadınlardan ibarət seçmə komandanın “sükanı” həvalə olunub.