Millimiz 1 pillə irəlilədi
FİFA seçmə komandaların yeni reytinq cədvəlini açıqlayıb. SportLine.az xəbər verir ki, ötən ayla müqayisədə 1 pillə irəliləyən Azərbaycan millisi 137-ci yerdə qərarlaşıb.
Siyahıya yenə Argentina başçılıq edir. Belçika 2-ci, Kolumbiya 3-cüdür:
1 (1). Argentina – 1585
2 (2). Belçika – 1401
3 (3). Kolumbiya – 1331
4 (4). Almaniya – 1319
5 (5). Çili – 1316
6 (8). Portuqaliya – 1266
7 (17). Fransa – 1189
8 (6). İspaniya – 1165
9 (7). Braziliya – 1156
10 (12). İtaliya – 1155
Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Almaniya və San-Marinonun mövqeyi dəyişməyib. Çexiya, Şimali İrlandiya geri, Norveç isə irəli addım atıb.
DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu
4 (4). Almaniya – 1319
28 (25). Şimali İrlandiya - 822
33 (30). Çexiya - 768
49 (51). Norveç - 588
200 (200). San-Marino – 20
Qeyd edək ki, qonşu Türkiyə yığması Macarıstanla birlikdə 19-cu yerə şərikdi. 1 pillə geriləyən “ay-ulduzlular” 915 xala malikdi.