Millimiz 22 pillə gerilədi
FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. SortLine.az xəbər verir ki, ötən ayla müqayisədə 22 pillə geriləyən seçməmiz siyahının 134-cü yerində qərarlaşıb. Komandamızın aktivində 269 xal var.
Bu dəfəki siyahıya Argentina başçılıq edir. Liderlik postunu cənubi amerikalılara təhvil verən Belçika ikincidir.
1 (2). Argentina – 1532
2 (1). Belçika – 1352
3 (5). Çili – 1348
4 (8). Kolumbiya – 1337
5 (4). Almaniya – 1309
6 (3). İspaniya - 1277
7 (6). Braziliya – 1251
8 (7). Portuqaliya – 1184
9 (11). Uruqvay - 1158
10 (9). İngiltərə - 1069
Dünya çempionatının seçmə mərhələsində millimizlə eyni qrupda yer alan komandaların reytinqi belədir:
5 (4). Almaniya – 1309
26 (28). Şimali İrlandiya - 825
29 (25). Çexiya - 810
49 (51). Norveç - 605
199 (198). San-Marino – 20
Qeyd edək ki, Türkiyə seçməsi 983 xalla 13-cü yerdə qərarlaşıb.