Millimiz Bolqarıstanı məğlub etdi

FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnir davam edir. SportLine.az xəbər verir ki, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan seçməsi bu gün yarışda ikinci görüşünə çıxıb. İlk matçda Latviyanın müqavimətini qıra bilməyən Təbriz Həsənovun yetirmələri ikinci qarşılaşmada 19 yaşadək futbolçulardan ibarət Bolqarıstan millisini məyus ediblər.

Qeyd edək ki, qrupun digər görüşündə üz-üzə gələn Sloveniya və Latviya seçmələri qalibi müəyyənləşdirə bilməyiblər.

06 yanvar 2015
Valentin Qranatkinin xatirə turniri
"C" qrupu, 2-ci tur


Latviya (U-19) - Sloveniya (U-19) - 1:1
QOLLAR:
Roberts Uldrikis, 71 (1:0); Rok Bujinel, 72 (1:1)

Azərbaycan (U-17) - Bolqarıstan (U-19) - 2:0
QOLLAR: 
Gülər Mətin, 68 (1:0); İbrahim Qədirzadə, 90+4 (2:0)

1. Sloveniya 2 1 1 0 5-2 4
2. Azərbaycan 2 1 1 0 3-1 4
3. Latviya 2 0 2 0 2-2 2
4. Bolqarıstan 2 0 0 2 1-6 0