Çexiya Bakıdan 3 xalla ayrılır
Bu gün DÇ-2018-in təsnifat mərhələsində 9-cu turun görüşləri keçiriləcək. SportLine.az xəbər verir ki, "C" qrupunda mübarizə aparan Azərbaycan millisi Çexiyanı qəbul edəcək.
Bu oyunu 3-cü yer uğrunda görüş kimi də dəyərləndirmək olar. Robert Prosineçkinin komandası qələbə ilə qrup "3-cülüy"ünü təmin edəcək. Azərbaycanı 3-cü pillədən salmaq üçün Çexiya da qələbə qazanmalıdır.
İndiyədək iki dəfə üz-üzə gələn komandaların duelində Azərbaycan üstündür: 1 qələbə (2:0, yoldaşlıq görüşü) və bir heç-heçə (0:0, DÇ-2018-in təsnifat mərhələsi).
Bakı Olimpiya Stadionunda keçiriləcək matçın start fiti 20:00-da səslənəcək.
05 oktyabr 2017
DÇ-2018, təsnifat mərhələsi
"C" qrupu, 9-cu tur
Azərbaycan - Çexiya - 1:2
QOLLAR: Yan Kopiç, 35 (0:1); Əfran İsmayılov, 55/p. (1:1); Antonin Barak, 66 (1:2)
Azərbaycan: 1. Kamran Ağayev (q), 3. Məhəmməd Mirzəbəyov, 4. Pavel Paşayev, 6. Bədavi Hüseynov, 10. Ruslan Qurbanov, 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov (k), 16. Cavid Hüseynov, 19. Rahid Əmirquliyev, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov
Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Emil Balayev, 2. Qara Qarayev, 5. Ürfan Abbasov, 8. Renat Dadaşov, 9. Namik Ələskərov, 11. Ramil Şeydayev, 15. Ruslan Abışov, 17. Mahir Mədətov, 18. Təmkin Xəlilzadə, 21. Tərlan Quliyev
Baş məşqçi: Robert Prosineçki
Çexiya: 23. Jiri Pavlenka (q), 2. Pavel Kaderabek, 5. Yakub Brabeç, 8. Vladimir Darida, 10. Josef Huşbauer, 11. Mixael Krmençik, 13. Yan Kopiç, 14. Yakub Yankto, 17. Marek Suşi (k), 18. Yan Boril, 20. Antonin Barak
Ehtiyat oyunçular: 1. Tomaş Vaçlik (q), 16. Tomaş Kubek (q), 4. Yan Sikora, 6. Mixael Lüftner, 7. Yaromir Jmrhal, 9. Barek Dokal, 12. Simon Falta, 15. Tomaş Suçek, 19. Yan Kliment, 21. Vaçlav Kadleç, 22. Filip Novak
Baş məşqçi: Karel Yarolim
Baş hakim: Benua Millo
Baş hakimin köməkçiləri: Jülien Paselli, Bertran Juanno
Dördüncü hakim: Frank Şneyder (hamısı Fransa)
Hakim-inspektor: Are Habix (Estoniya)
Komissar: Romano Klavedetçer (İsveçrə)
Bakı Olimpiya Stadionu