Millimiz Danimarkaya qarşı

Qadın futbolçulardan ibarət Azərbaycan millisi 2023-cü il dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.

Sportline.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda E qrupunda Danimarka seçməsinin qonağı olacaq.

Viborq şəhərindəki eyniadlı stadionda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Matçı Silvia Dominqosun rəhbərlik etdiyi portuqaliyalı hakimlər briqadası idarə edəcək.

Danimarka 7 görüşdən sonra 21 xalla liderdir. 3 xala malik Azərbaycan yığması isə sonuncu - altıncı pillədə qərarlaşıb.

DÇ-2023, seçmə mərhələ

VIII tur

20:00. Danimarka – Azərbaycan

Baş hakim: Silvia Dominqos

Baş hakimin köməkçiləri: Olqa Almeyda, Kristina Moreyra Kosta

Dördüncü hakim: Filipa Pereyra Kunha

Viborq stadionu.