Millimiz Danimarkaya uduzdu

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

Sportline.az xəbər verir ki, yığmamız E qrupunda lider Danimarka ilə qarşılaşıb. Görüş rəqibin 2:0 hesablı qəlbəsi ilə başa çatıb.

Danimarka hazırda 21 xalla 1-ci, Azərbaycan 3 xalla sonuncu-6-cı pillədə qərarlaşıb.

12 aprel

20:00 Danimarka – Azərbaycan - 2:0

Qollar: Larsen, 2, Holmqor, 76
Hakimlər: Silvia Dominqos, Olqa Almeyda, Kristina Moreyra Kosta (hamısı Portuqaliya)
Viborq

Banner