Millimiz dünya çempionatında daha iki görüş keçirəcək

Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatında bu gün növbəti görüşlərini keçirəcək.

Sportline.az xəbər verir ki, milli III turda ABŞ, IV turda FIDE komandası ilə üz-üzə gələcək.

A qrupunda FIDE kollektivi 4 xalla liderdir. Azərbaycan, Qazaxıstan, İspaniya və ABŞ-nin 2 xalı var. Peru isə xalsızdır.

Qeyd edək ki, Azərbaycan millisi ötən gün Perunu məğlub edib (3:1), Qazaxıstana isə uduzub - 1,5:2.5.

Millinin heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alıb. Komandanın kapitanı İlahə Qədimovadır.

Qeyd edək ki, dünya çempionatı noyabrın 23-də başa çatacaq.