Millimiz FİFA-nın yeni reytinqində

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Sportline.az xəbər verir ki, Azərbaycan seçməsi ötən siyahı ilə müqayisədə iki pillə geriləyib.

Komandamız 1175 xalla 114-cü sırada qərarlaşıb. Geriləməyə səbəb millinin Millətlər Liqasının III turunda səfərdə Monteneqroya 0:2 hesabı ilə uduzması və Kiprlə qolsuz heç-heçə etməsidir.

Millinin rəqiblərindən 1225 xala malik Kipr seçməsi bir pillə - 99-cu yerə enib. Əvəzində 1247 xalı olan Lüksemburq 2 pillə irəliləyərək, 95-ci sıraya yüksəlib. Monteneqro isə 1369 xalla 1 pillə irəliləyərək, 64-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, reytinqin ilk üç pilləsində Belçika (1765), Fransa (1752) və Braziliya (1725) qərarlaşıb. 1486 xalı olan Türkiyə millisi isə 3 pillə geriləyərək 33-cü sırada yer alıb.