Millimiz Fransa və Portuqaliya ilə eyni səbətdə
İyun ayında Slovakiyanın Koşitse şəhərində təşkil olunacaq minifutbol üzrə Avropa Çempionatında çıxış edəcək milli komandaların yerləşdiyi səbətlər məlum olub.
Sportline.az xəbər verir ki, komandalar hər səbətdə 6 yığma olmaqla 4 səbətə bölünüblər.
Azərbaycan milli komandası Portuqaliya, Yunanıstan, Gürcüstan, Fransa və Polşa yığmalarının da olduğu dördüncü səbətdə yer alıb.