Millimiz Gürcüstana qarşı

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində bu gün növbəti oyunlar keçiriləcək.

Sportline.az xəbər verir ki, Bakı Tennis Akademiyasında təşkil olunan yarışda daha 6 görüş olacaq.

A və B qruplarında əvvəlcə III turun oyunları olacaq. Eyni zamanda, hər qrupda IV turun da bir görüşü təşkil ediləcək. A qrupunda Gürcüstan, B qrupunda isə Ukrayna yığması iki oyun keçirəcək.

A qrupunda qərarlaşan Azərbaycan millisi günün son görüşündə meydana çıxacaq. İlk iki turda Çexiya ilə qolsuz heç-heçə edib, İtaliyaya qalib gələn milli bu dəfə Gürcüstanla qarşılaşacaq.

Qeyd edək ki, qrup birinciləri yarımfinala vəsiqə qazanacaqlar. 2-3-cü yerləri tutacaq komandalar isə pley-offda üz-üzə gələcəklər.

Banner