Millimiz ikinci oyunda da qalib gəldi
Türkiyədə təşkil olunan "Antalya Kuboku" turniri davam edir. SportLine.az xəbər verir ki, yarışın növbəti günündə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan seçməsi Səudiyyə Ərəbistanı ilə qarşılaşıb. Millimizin tam üstünlüyü ilə keçən görüşdə Yaşar Vahabzadənin yetirmələri böyük hesablı qələbəyə seviniblər.
24 yanvar 2016
"Antalya Kuboku", 2-ci tur
Azərbaycan - Səudiyyə Ərəbistanı - 3:0
Qollar: Namiq Ələskərov, 8-pen. Elnur Cəfərov, 18-pen. Namiq Ələsgərov, 77
Qırmızı vərəqə: Məhəmməd Əlyamr, 7 (Səudiyyə Ərəbistanı)