Millimiz İtaliyaya qarşı
Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turniri keçirilir.
Sportline.az xəbər verir ki, bu gün turnirin növbəti matçları oynanılacaq. Bakı Tennis Akademiyasında 6 qarşılaşma keçiriləcək.
A və B qruplarında əvvəlcə 2-ci turun matçları, daha sonra isə hər qrupda 3-cü turun bir görüşü təşkil ediləcək. A qrupunda İtaliya, B qrupunda isə Türkiyə yığması 2 oyun keçirəcək.
A qrupunda mübarizə aparan, İlk turda Çexiya ilə qolsuz heç-heçə edən Azərbaycan millisi günün son qarşılaşmasında İtaliya seçməsi ilə üz-üzə gələcək.
Beynəlxalq Minifutbol Turniri
2 may
A qrupu
12:30. İtaliya – Gürcüstan
15:30. Serbiya – Çexiya
20:30. Azərbaycan – İtaliya
B qrupu
11:00. Türkiyə - Ukrayna
14:00. Qazaxıstan – CAR
19:00. Türkiyə - Fransa