Millimiz Kiprdə qələbə qazandı

Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında növbəti matçına çıxıb. 

Sportline.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda Nikosiyada Kipr millisi ilə üz-üzə gəlib. Qarşılaşmanı slovakiyalı Filip Qlovanın başçılıq etdiyi hakim briqadası idarə edib. Görüş millimizin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu kapitan Maksim Medvedev vurub

C Liqasının 1-ci qrupunda yer alan hər iki yığma turnirə məğlubiyyətlə başlayıb. Kipr doğma meydanda Monteneqroya 0:2, Azərbaycan isə Lüksemburqa 1:2 hesabı ilə uduzub. 

UEFA Millətlər Liqası

C liqası, I qrup

8 sentyabr

22:45. Kipr - Azərbaycan 0:1
Qol: Maksim Medvedev, 29

Hakimlər: Filip Qlova, Peter Bednar, Frantişek Ferenç, Boris Marhefka

Nikosiya. GSP stadionu