Millimiz Makedoniyaya uduzdu

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan seçməsi bu gün növbəti yoxlama oyununu keçirib. SportLine.az xəbər verir ki, komandamızın rəqibi Makedoniya millisi olub. 

Görüş rəqibin qələbəsi ilə yekunlaşıb.

29 may 2016
Beynəlxalq yoldaşlıq görüşü

Azərbaycan – Makedoniya - 1:3
QOLLAR: 
Əfran İsmayılov, 73 (pen.) - Marcah Radevski,18, Qoran Pandev, 32, İlya Nestorovski, 90+2
Hakimlər: Markus Hameter, Rolan Braunşmidt, Maksimilian Kolbitş, Manuel Şüttenqruber (hamısı Avstriya)
Bad Erlax stadionu