Millimiz məğlub oldu

Bakıda təlim-məşq toplanışını başa vuran 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

Sportline.az xəbər verir ki, yığmamız “Səbail”in U-19 komandası ilə qarşılaşıb. Millimiz 2:3 hesabı ilə məğlub olub. U-19-un heyətində Sənan Ağalarov və Sadiq Şəfiyev fərqlənib.