Millimiz Moldova seçməsilə qarşılaşacaq

Azərbaycan millisi Moldova yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Sportline.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Görüş noyabrın 16-da Moldovanın paytaxtı Kişinyov şəhərindəki "Zimbru" stadionunda olacaq. Bildirilir ki, oyunun başlama saatı ilə bağlı məlumat veriləcək.

Qeyd edək ki, sentyabrın 22-də Trnava şəhərində Slovakiyanın qonağı olacaq Azərbaycan millisi 3 gün sonra Bakıda Qazaxıstanı qəbul edəcək.

Banner