Millimiz Portuqaliya qarşısına bu heyətlə çıxacaq

2022-ci il dünya çempionatının seçmə qrup mərhələsində bu gün ilk oyununa çıxacaq Azərbaycan millisinin start heyəti müəyyənləşib.

Sportline.az xəbər verir ki, komandamız Portuqaliya seçməsinə qarşı 5-3-1-1 taktiki düzülüşü ilə çıxacaq.

Qapını “Qarabağ”ın qolkiperi Şahruddin Məhəmmədliyev qoruyacaq. Müdafiənin cinahlarında Azər Salahlı və Maksim Medvedev, mərkəzində Anton Krivotsyuk, Elvin Bədəlov və Bədavi Hüseynov yer alacaq.  

Baş məşqçi yarımmüdafiə xəttində Abbas Hüseynov, Vüqar Mustafayev və Emin Mahmudova güvənib.

Hücumun sivri ucundə yer alan Əli Qurbanini isə, bir qədər arxada Mahir Emreli dəstəkləyəcək.

Xatırladaq ki, pandemiya səbəbindən İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda keçiriləcək Portuqaliya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.