Millimiz "Qəbələ"yə uduzdu

“Qəbələ” növbəti yoxlama oyununu keçirib.

Sportline.az xəbər verir ki, "qırmızı-qaralar” milli komandaların görüşləri ilə bağlı Premyer Liqada yaranan fasilə dövründə ikinci sınağına çıxıb. Komanda Azərbaycanın U-21 yığması ilə görüşüb.“Bakcell Arena”da keçirilən matç "Qəbələ" 3:2 hesabı ilə qalib gəlib.

Millimizin heyətində Musa Qurbanlı ilə Rüfət Abdullazadə fərqlənib. “Qəbələ”yə qələbə qazandıran qolları isə Stefan Vukçeviç, Ülvi İsgəndərov və Ceyms Adeniyi vurub.

Xatırladaq ki, üç gün öncə “Qəbələ” “Zirə” ilə yoxlama oyununda 2:1 hesabı ilə qalib gəlib.