Millimiz reytinqdə ikincidir

Noyabrın 12-də Sloveniyada şahmat üzrə komandalarası Avropa çempionatı başlanacaq.

Sportline.az xəbər verir ki, kişilərdən ibarət Azərbaycan seçməsi yarış iştirakçılarının reytinqində ikinci sırada qərarlaşıb. Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov və Nicat Abbasovdan ibarət milli 2717 xalla yalnız Rusiyadan (2720) geri qalır. 

Qadın komandamız isə Rusiya (2538), Gürcüstan (2446), Polşa (2416) və Ukraynanın (2400) ardından beşincidir. Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gövhər Beydulllayevadan təşkil olunan kollektiv 2383 reytinq ortalamasına malikdir.

Qitə çempionatında 39 kişi, 31 qadın komandası mübarizə aparacaq. İsveçrə sistemi üzrə 9 turdan ibarət yarışa noyabrın 21-də yekun vurulacaq.

Qeyd edək ki, kişilərdən ibarət Azərbaycan millisi indiyədək üç dəfə Avropa çempionu olub. Xanım zəkalarımız isə iki dəfə yarışın bürünc mükafatına sahib çıxıblar.