Millimiz Rusiyaya uduzdu

Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Sidjes bölgəsində keçirilən dünya çempionatında növbəti görüşünü keçirib.

Sportline.az xəbər verir ki, tərkibi Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Türkan Məmmədyarova və Zeynəb Məmmədyarovadan ibarət olan kollektiv A qrupundakı 3-cü qarşılaşmasında Rusiya ilə qüvvəsini sınayıb. Oyun rəqibin qələbəsi ilə başa çatıb - 3,5:0,5.

Bu görüşdə yığmanın heyətində Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova mübarizə aparıb.

Yığma günün ikinci qarşılaşmasında Fransanı sınağa çəkəcək.

Dünya çempionatı

A qrupu

II tur

Azərbaycan - Rusiya - 0,5:3,5

Günay Məmmədzadə - Aleksandra Qoryaçkina - 0:1

Gülnar Məmmədova - Aleksandra Kostenyuk - 0:1

Ülviyyə Fətəliyeva - Polina Şuvalova - 0,5:0,5

Türkan Məmmədyarova - Alina Kaşlinskaya - 0:1

Qeyd edək ki, Azərbaycan millisi ilk oyun günündə Hindistan və Ermənistanla heç-heçəyə razılaşıb. Dünya çempionatı oktyabrın 3-dək davam edəcək.