Millimiz Serbiyaya uduzdu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində növbəti oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib Serbiya seçməsi olub.

Qarşılaşma komandamızın məğlubiyyəti ilə yekunlaşıb - 1:4.

Xatırladaq ki, millimiz ilk görüşündə İrlandiya ilə qolsuz bərabərliyə razı olmuşdu.

07 oktyabr 2017
U-19, Avropa çempionatının təsnifat mərhələsi
2-ci tur

Serbiya - Azərbaycan - 4:1
QOLLAR:
 Yovanoviç, 36 (1:0), 52 (2:0), Terziç, 73 (3:0), Maksimoviç, 83 (4:0), Bahadur Hazıyev, 90-pen (4:1)