Millimiz Slovakiya ilə heç-heçə etdi

Futzal üzrə milli komandamız dünya çempionatının elit-raundunda son oyununu keçirib.

Sportline.az xəbər verir ki, milli Slovakiya ilə 3:3 hesablı heç-heçəyə imza atıb.

Bununla da Azərbaycan millisi C qrupunda mübarizəni 4 xalla başa vurub. Slovakiya isə 1 xalla sonuncu olub. 

Qrup qalibi və elit-raunda vəsiqə verən ikinci yerin taleyi saat 23:00-da başlanacaq Xorvatiya - Rusiya matçından sonra müəyyənləşəcək.

Rusiya bu görüşdə qələbə qazana bilməsə, Azərbaycan qrup ikincisi kimi elit-raunda yüksələcək.

DÇ-2020, elit raund

20:00. Slovakiya - Azərbaycan - 3:3

Qollar: Marian Hudek, 9. Matuş Şevçik, 31. Matuş Kiyovski, 40 - Rafael Vilela, 17. Matuş Kiyovski, 29 (öz qapısına). Bolinya, 40