Millimiz Sloveniyaya qarşı

FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunan 28-ci ənənəvi beynəlxalq turnir davam edir. SportLine.az xəbər verir ki, yarışda mübarizə aparan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün qrup mərhələsində son oyununa çıxacaq. 

Keçirdiri 2 oyunda 4 xal toplayan Təbriz Həsənovun yetirmələrinin rəqibi top fərqində seçməmizi qabaqlayan Sloveniya komandası olacaq. 

Qrupun digər matçında isə Latviya Bolqarıstanın müqavimətini qırmağa çalışacaq.

08 yanvar 2016
Valentin Qranatkinin xatirə turniri
"C" qrupu, 3-cü tur


15:15. Bolqarıstan (U-19) - Latviya (U-19)

20:00. Sloveniya - Azərbaycan

1. Sloveniya 2 1 1 0 5-2 4
2. Azərbaycan 2 1 1 0 3-1 4
3. Latviya 2 0 2 0 2-2 2
4. Bolqarıstan 2 0 0 2 1-6 0