Millimiz Türkiyə ilə heç-heçə etdi

Türkiyənin Erzurum şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli hazırlıq çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirib.

Sportline.az xəbər verir ki, Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası qarşı keçirilmiş qarşılaşma 0:0 hesabı ilə başa çatıb.

Kollektivlər arasında iki gün əvvəl baş tutmuş oyun Türkiyə millisinin 3:1 hesablı qələbəsilə nəticələnmişdi.