Millimiz Türkiyə seçməsinə qarşı
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirəcək.
Sportline.az xəbər verir ki, Millimiz Bakı vaxtı ilə saat 14:00-da Bolqarıstanın Albena şəhərində keçiriləcək oyunda Türkiyə seçməsi ilə qarşılaşacaq. Oyunu İslandiyadan olan hakim idarə edəcək:
Türkiyə - Azərbaycan
24 sentyabr. Albena. Saat 14:00
Baş hakim: Helgi Mikael Jonasson (İslandiya)
Baş hakimin köməkçiləri: Egill Gudvardur Gudlaugsson (İslandiya), Hristo Hadzhiyski (Bolqarıstan)
Dördüncü hakim: Georgi Ginchev (Bolqarıstan)