Millimiz Türkiyəyə uduzdu

Bu gün Türkiyənin Antalya şəhərində çimərlik futbolu üzrə Azərbaycan və Türkiyə milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.

Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşma 4:3 hesabı ilə Türkiyə yığmasının xeyrinə başa çatıb. Millimizin heyətində Sabir Allahquliyev, Comərd Baxşəliyev və Orxan Məmmədov fərqlənib.

Bu komandalar arasında növbəti oyun mayın 4-də keçiriləcək.