Millimiz məğlub oldu
Bu gün 19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin VII qrupunda mübarizə yekunlaşacaq. SportLine.az xəbər verir ki, iki oyundan sonra aktivində 1 xal olan Azərbaycan seçməsi qrupun autsayderi Kiprlə münasibətləri aydınlaşdıracaq.
Komandamız elit-raunda yüksəlmək üçün Kipr üzərində böyükhesablı qələbə qazanmalıdır. Eyni vaxtda Serbiya da meydan sahibi İrlandiyadan güclü olmalıdır.
Son turun hər iki görüşü eyni vaxtda başlanacaq.
10 oktyabr 2017
U-19, Avropa çempionatının seçmə mərhələsi
3-cü tur
İrlandiya – Serbiya - 2:1
Uoterford. Regional İdman Mərkəzi
Kipr –Azərbaycan - 2:1
Ueksford. “Ferrikarriq Park” stadionu